Ukrayna birbaşa və ya dolayı əməkdaşlıq formasından asılı olmayaraq, təcavüz üçün işləyənlər haqqında bütün məlumatları toplayır.
“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski müraciətində deyib.
“Biz addım-addım, birbaşa və ya dolayı yolla təcavüza üçün işləyənlərin hamısı haqqında tam məlumat toplayırıq”, – Prezident deyib.
O bildirib ki, Rusiya Federasiyası ilə əməkdaşlıq edəcək hər bir şəxs bloklanacaq. Eyni zamanda, Prezident əmin edib ki, Ukrayna sanksiyaları ya artıq sinxronlaşdırılıb, ya da azad dünyanın sanksiyaları ilə sinxronlaşdırılacaq.
Follow @7timesaz