Dünya

Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin vəzifəli şəxslərini işdən qovdu

Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin vəzifəli şəxslərini işdən qovdubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin  (UTX) rəis müavini Aleksandr Yakuşevi işdən çıxarıb.

Redaktor.az xəbər verir ki, bu barədə RBC-Ukrayna müvafiq sərəncama istinadən xəbər verir.

Zelenskinin digər sərəncamları ilə Aleksandr Yakuşevdən başqa Sumı, Zaporojye bölgələrinin UTX rəisləri, o cümlədən UTX-nin Dövlət Sirrlərinin Mühafizəsi və Lisenziyalaşdırma İdarəsinin rəisi də vəzifələrindən azad edilib.

Eyni zamanda, prezident artıq Oleq Krasnoşapkanı UTX-nin Sumı vilayəti üzrə şöbəsinin müdiri, Oleq Xramovu isə dövlət sirrinin mühafizəsi və lisenziyalaşdırma şöbəsinin müdiri təyin edib.

Xatırladaq ki, Zelenski bir müddət əvvəl UTX-nin üç region üzrə departamentinin rəhbərlərini işdən çıxarmışdı.