Fransa Prezidenti Emmanuel Makron Böyük Britaniyanın Baş naziri Kir Starmer və Volodimir Zelenski ilə birlikdə Vaşinqtona səfər edəcək.
7Times.az xəbər verir ki, bu barədə Fransa hökumətinin rəsmi nümayəndəsi Sofi Prima Parisdə keçirdiyi brifinqdə məlumat verib.
“Prezident Makronun Zelenski və Böyük Britaniyanın Baş naziri ilə yenidən Vaşinqtona gedəcəyi gözlənilir”, – deyən Prima konkret vaxt açıqlamayıb.
Qeyd edək ki, bundan əvvəl Britaniyanın “The Daily Mail” qəzeti diplomatik mənbələrə istinadla xəbər vermişdi ki, Böyük Britaniya və Fransa liderləri gələn həftə ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Zelenski ilə birgə Vaşinqtona getməyə hazırlaşırlar.
“AzPolitika.info”
Follow @7timesaz