Dünya

Zelenskidən Saakaşvilinin həbsi ilə bağlı AÇIQLAMA

Zelenskidən Saakaşvilinin həbsi ilə bağlı AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstanda həbs olunan Mixail Saakaşvilinin Ukrayna vətəndaşı olduğunu xatırladıb və bəyan edib ki, onun ölkəyə qaytarılmasına çalışırlar.

Ukrayna Prezidenti bu barədə Lvov vilayətin Truskavets şəhərində jurnalistlər üçün təşkil edilən mətbuat konfransında bildirib.

“Cənab Saakaşvili Ukrayna vətəndaşıdır, bu imkanlar həmçinin ona da aiddir. Xarici İşlər Nazirliyi və Gürcüstandakı səfirliyimiz də daxil olmaqla, bütün qurumlar, Gürcüstanın Ukraynadakı səfiri, nazirlər kabinetləri arasında, baş nazirlər səviyyəsində hamımız bununla məşğul olacağıq”, – deyə Ukrayna prezident vurğulayıb.

Xatırladaq ki, Mixail Saakaşvili oktyabrın birində Tbilisidə saxlanılıb.

Hazırda siyasətçi Rustavi şəhərində yerləşən təcridxanada saxlanılır.

Mənbə: “İnterfax”