Dünya

Zelenskidən ukraynalılara müjdə – Bu şəhər də işğaldan azad edildi

Zelenskidən ukraynalılara müjdə – Bu şəhər də işğaldan azad edildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski savaşla bağlı son vəziyyəti açıqlayıb.

7Times.az bildirir ki, o, xalqa gündəlik müraciətində demək olar ki, bütün Xarkov vilayətinin azad edildiyini deyib.

 

“Ukraynalılar bir daha çoxlarının qeyri-mümkün hesab etdiyi işi bacardılar. Yalnız aktiv əməliyyatların ilk günündə qoşunlarımız 19 kilometr irəliləyib. 5 gün davam edən döyüşlərdə 110 kilometr məsafə qət edilib.Ümumilikdə, 400-ə yaxın yaşayış məntəqəsi işğaldan azad edilib. Bu bölgədə qalan 150 min ukraynalı indi yenidən adi, təhlükəsiz, normal həyatın necə olduğunu hiss edir”, – deyə ölkə başçısı əlavə edib.

 

Həm ukraynalı, həm də əcnəbi jurnalistlərin azad edilmiş ərazilərə çıxışının olduğunu bildirən Zelenski fikirlərini bu cür davam etdirib:

“Dünya bu dağıntıları görməli, Rusiyanın ukraynalılara vurduğu acıları hiss etməlidir. Artıq hüquq-mühafizə orqanlarımıza işğalçılar tərəfindən törədilən qətllər, işgəncələr və adam oğurluğu barədə məlumatlar daxil olur. Dünyanın Buçada gördükləri, Çerniqov vilayətinin işğaldan azad edilmiş torpaqlarında yaşananlar,  Sumi vilayətində və indi Xarkov vilayətində gördüklərimiz ukraynalılara qarşı soyqırımın sübutudur”.

 

Çıxışında Rusiya ordusuna da müraciət edən Zelenski, Kryvyi Roh şəhərindəki Karaçunivske bəndini hədəf alan raket hücumuna işarə edərək, “Tarixi barbarlar deyil, insanlar yazır. Siz dinc insanlara qarşı vuruşan pafoslu insanlarsınız. Döyüş meydanından qaçan əclaflar uzaqdan zərər vurmağa çalışırlar. Siz öz nəvələrinizin utanacağı terrorçu olaraq qalacaqsınız”, deyə söyləyib.