Aktual

Zelenskinin bu açıqlamasından sonra ruslar onun doğulduğu şəhərə HÜCUM ETDİ

Zelenskinin bu açıqlamasından sonra ruslar onun doğulduğu şəhərə HÜCUM ETDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna savaşında son vəziyyət açıqlanıb.

Zelenski Rusiyanın ilhaq etdiyi Donetsk vilayətinin Liman şəhərinin yenidən Ukraynanın nəzarəti altında olduğunu elan edib.

Sosial media hesabından açıqlama verən Ukrayna lideri “saat 12.30-a olan məlumata görə, Liman şəhəri rus işğalçılarından tamamilə təmizlənib. Müdafiəçilərimizə təşəkkür edirik”, deyə qeyd edib.

Müharibədə son dərəcə strateji əhəmiyyətə malik olan Limanın süqutundan sonra isə Rusiyadan gözlənilən addım gəlib. Belə ki, sözügedən ölkə Zelenskinin doğulduğu Krivoy Roqu hədəf alıb. Region qubernatoru Rusiyanın kamikadze dronları ilə bölgəni hədəf aldığını açıqlayıb. Hücumda İran istehsalı olan dronlardan istifadə edildiyi güman edilir.

Xatırladaq ki, Ukrayna münaqişədə həlak olan rus əsgərlərinin sayının 60 mini keçdiyini, müharibənin başlanmasından bu yana 2300-dən çox tankın məhv edildiyi bildirib. Eyni açıqlamaya görə, son 24 saatda 500 rus əsgəri həyatını itirib.