“O (Zelenski – red.) Rusiya ilə danışıqlara qadağa qoymaqla özünü dalana dirədi. O, danışıqlardan yayınır, çünki əks halda hərbi vəziyyəti ləğv etməli və dərhal seçkilərə getməli olacaq. Biz Zelenskinin hakimiyyətdə qalmasında maraqlıyıq – o, rejimi parçalayır”.
7Times.az xəbər verir ki, bunu Vladimir Putin Kreml təbliğatçılarına müsahibəsində deyib.
Putin həm də Ukrayna Prezidenti Volodimir Zelenskinin reytinqinin Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnının reytinqinin yarısı qədər olduğunu iddia edib: “Onun reytinqinin neçə olmasının fərqi yoxdur: dörd və ya neçə faiz. Onun reytinqi Zalujnının reytinqindən iki dəfə azdır. Zelenskinin yeni seçkilərdə qalib gəlmək şansı yoxdur”.
Rusiya başçısı Zelenskini “Ukrayna üçün toksik fiqur” adlandırıb.
Putin həmçinin deyib ki, guya “Ukrayna dövlətçiliyinin qorunub saxlanmasının” əleyhinə deyil, lakin onun üçün “Ukraynanın Moskvaya qarşı təhdid kimi istifadə edilməməsi” vacibdir.
“AzPolitika.info”
Follow @7timesaz