“Normal insanların müharibə deyil, sülh haqqında düşünmək zamanı yetişib…”
“Mən Rusiyaya heç olmasa təcavüzdən imtina etmək qabiliyyətinin olduğunu sübut etməyi təklif edirəm…”
“Rusiya qoşunlarının hərbi əməliyyatlar zonasından çıxarılmasından söhbət gedə bilməz…”
“Rusiyanın yeni subyektləri meydana çıxıb və Ukrayna bu reallıqları nəzərə almalıdır…”
Ukrayna prezidenti Vladimir Zelenski G7 sammitinə videomüraciətində “Böyük yeddilik” liderlərindən növbəti ildə də Ukraynaya dəstək verilməsini xahiş edib və “sülhün təmin edilməsi üçün üç addım” təklif edib.
Moderator.az xəbər verir ki, bu barədə CNN nəşri yazıb.
Birincisi, Zelenskinin sözlərinə görə, Ukraynaya daha çox hərbi texnika lazımdır.
“Rusiyanın əvvəlkitək artilleriya və raketlərdə üstünlüyü var, bu, faktdır, – Zelenski deyib. – Ukraynaya müasir tanklar lazımdır və mən sizdən bizim müdafiə qabiliyyətimizin möhkəmləndirilməsini xahiş edirəm. Bunu elə günü bu gün etmək olar”.
Ukrayna lideri həmçinin məlumat verib ki, Ukraynaya daha çox “reaktiv artilleriya və daha çox uzaq mənzilli raketlər lazımdır”.
“Bizim silahımız nə qədər səmərəli olarsa, Rusiyanın təcavüzünə bir o qədər tez son qoyular”, – o, izah edib.
İkincisi, Ukraynanın maliyyə və energetika sabitliyinin dəstəyinə bundan sonra da ehtiyacı var. O cümlədən, Ukrayna lideri “Böyük yeddilik” liderlərindən Ukraynaya qaz yardımı etmək üçün üzərlərinə öhdəlik götürməsini xahiş edib.
“Bizim elektrik stansiyalarımıza qarşı terror bizi güman edildiyindən daha çox qaz istifadə etməyə məcbur edib, – Zelenski izah edib. – Ona görə də bizə məhz bu qış əlavə dəstək lazımdır. Söhbət təxminən iki milyard kub metr həcmində əlavə qaz almaq zərurətindən gedir”.
Sülhə doğru üçüncü addım, Zelenskinin fikrincə, “yeni diplomatiya” olmalıdır. Bu mənada ilk təklif edilən dinc nizamlanma onun yaxınlaşan Milad bayramı ərəfəsində qoşunların zəbt edilmiş ərazilərdən çıxarılması barədə təkliflə Rusiyaya etdiyi müraciət olub.
“Mən Rusiyaya Moskvanın müntəzəm olaraq xatırlatdığı diplomatik nizamlanmaya doğru konkret və önəmli addım atmağı təklid edirəm, – Zelenski deyib. – Tezliklə bizim bayramlarımız olacaq, onları milyardlarla insan qeyd edəcək.
Qriqoryan təqvimi ilə Milad bayramı və ya Yulian təqvimi ilə Yeni il və Milad bayramı qeyd ediləcək. Normal insanların müharibə deyil, sülh haqqında düşünmək zamanı yetişib. Mən Rusiyaya heç olmasa təcavüzdən imtina etmək qabiliyyətinin olduğunu sübut etməyi təklif edirəm”.
“Əgər Rusiya öz qoşunlarını Ukraynadan çıxararsa, bu, döyüş əməliyyatlarının uzunmüddətli dayandırılmasını təmin edəcək”, – Zelenski əlavə edib.
Gözlənildiyi kimi, Kremldə Zelenskinin sülh təşəbbüsünə dəstək verilməyib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bəyan edib ki, Rusiya qoşunlarının hərbi əməliyyatlar zonasından çıxarılmasından “söhbət gedə bilməz”.
Peskovun fikrincə, Zelenskinin Ukraynada sülh üçün təklif etdiyi üç addımını döyüş əməliyyatlarının davam etdirilməsi kimi qəbul etmək lazımdır.
“Ukrayna tərəfi bütün bu müddət ərzində yaranmış gerçəklikləri nəzərə almalıdır, – SİTA Kremlin nümayəndəsindən iqtibas gətirib. – Əslində, bu reallıqlar son 15, bəlkə də 20 ildə Ukrayna rəhbərliyi və Ukrayna rejimi tərəfindən aparılan siyasət və siyasi xəttin ucbatından yaranıb. Bu reallıqlar onu deyir ki, Rusiya Federasiyasının yeni subyektləri meydana çıxıb, bu da o ərazilərdə keçirilən referendumların nəticəsində yaranıb”.
Buradan isə, Peskovun məntiqinə görə, onun xatırlatdığı yeni realllqları nəzərə almadan Ukraynadakı vəziyyətin nizamlanması barədə danışmağın mümkün olmaması şərti üzə çıxır.
Follow @7timesaz