Prezident Volodimir Zelenskiyə etimad səviyyəsi 2022-ci ilin may ayından başlayaraq, tədricən azalır, lakin 2024-cü ilin mayına olan məlumata görə, respondentlərin əksəriyyəti yenə dövlət başçısına güvənir.
7Times.az xəbər verir ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun(KIIS) keçirdiyi sorğuya dair hesabatda belə deyilir.
Qeyd olunur ki, sorğuda iştirak edənlərin yarıdan çoxu Zelenskiyə etimad göstərdilklərini deyiblər: “2024-cü ilin may ayına olan məlumata görə, ukraynalıların 59 faizi V. Zelenskiyə güvənir, 36 faizi isə etibar etmir. 2019-cu il prezident və parlament seçkilərindən sonra ukraynalıların 80%-i Zelenskiyə etibar etdiyini bildirib. Bununla belə, 2022-ci ilin fevralına qədər etimad səviyyəsi tədricən 37%-ə qədər azaldı. İşğaldan sonra prezident Zelenskiyə etimad səviyyəsi 90 faizə yüksəlib, lakin 2023-cü ilin dekabr ayının sonunda 77%-ə, 2024-cü ilin fevralında isə 64%-ə düşüb”.
KIIS-in icraçı direktoru Anton Qruşetski vurğulayıb ki, Zelenski Ukrayna cəmiyyətinin gözündə legitimliyini qoruyub saxlayır və ukraynalıların əksəriyyəti ona inanmaqda davam edir. Belə ki, ukraynalıların 70-80%-i indi seçkilərin keçirilməsinin əleyhinədir.
Onun sözlərinə görə, indi ukraynalılar prezidentin özündən çox onun komandasını tənqid edirlər. Lakin inamın azalması tendensiyası onu göstərir ki, artıq komandaya olan mənfi münasibət Zelenskinin özünə də ötürülür.
“AzPolitika”
Follow @7timesaz