Dünya

“Zəlzələ nəticəsində 1,5 milyon insan evsiz qalıb”  BMT-nin İnkişaf Proqramı

“Zəlzələ nəticəsində 1,5 milyon insan evsiz qalıb” – BMT-nin İnkişaf Proqramıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fevralın 6-da baş verən zəlzələ nəticəsində ölkənin cənubunda 1,5 milyon insan evsiz qaldığı üçün, ən azı 500 min yeni ev tikilməlidir”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) məlumat yayıb.

Bu barədə UNDP-nin Türkiyə Nümayəndəsi Luisa Vinton bildirib ki, bu, Türkiyə tarixinin ən böyük zəlzələsi idi.

“Bu, bəlkə də ölkənin indiyə qədər üzləşdiyi ən böyük təbii fəlakət idi. Bölgə təxminən 116-210 milyon ton dağıntıdan təmizlənməlidir”– deyə, o, bildirib.