Aktual

Zəlzələdən zərərçəkən 20 şagird təhsilini Bakıda davam etdirir

Zəlzələdən zərərçəkən 20 şagird təhsilini Bakıda davam etdirirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə zəlzələ bölgəsində zərərçəkən Türkiyə vətəndaşı olan şagirdlər Azərbaycanda birinci dərəcəli yaxınlarının yanına gəlib.

7Times.az  xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyindən bildirilib.

Qeyd edilib ki, hazırda onlardan 20 şagird Bakı Türk Anadolu Liseyində təhsil alır.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.