Dünya

“Zəlzələnin görüntüləri seçkilərin nəticəsinə təsir göstərəcək” – NATİQ CƏFƏRLİ

“Zəlzələnin görüntüləri seçkilərin nəticəsinə təsir göstərəcək” – NATİQ CƏFƏRLİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İnsanlar zəlzələnin qarşısını almaqda acizdirlər, amma vurduğu zərəri minimuma endirmək mümkündür”

“Türkiyədə zəlzələnin ən çox hiss edildiyi, dəhşətli faciələrə yol açdığı vilayətlər, şəhərlər Kilis, Diyarbakır, Adana, Osmaniye, Gaziantep, Şanlıurfa, Adıyaman, Malatya, Kahramanmaraş və Hataydır. Təqribən, 13,8 mln. əhali yaşayan bölgədir, çox ağır dağıntılar və itkilər var. Ağır dərddir, ürək dözmür, amma bəzi ilkin analizlərə də ehtiyac var”.

Bunu 7Times.az-a açıqlamasında Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli qeyd edib.

Politoloq bildirib ki, həmin şəhərlərin bələdiyyə başqalarının partiya üzvlüyünə baxsaq, Kilis, Gaziantep, Şanlıurfa, Adıyaman, Malatya, Kahramanmaraş AKP-ni, Osmaniye MHP-ni, Diyarbakır HDP-ni, Hatay və Adana isə CHP-ni təmsil edirlər: “Bu nədən önəmlidir?! Türkiyədə şəhərsalmada, binaların tikintisinə, qəbuluna görə qanunveciliyikdə Bələdiyyələrin çox böyük səlahiyyətləri var. Məncə, bu zəlzələnin dəhşətli görüntüləri Türkiyədə may ayında baş tutacaq seçkilərin nəticəsinə birbaşa təsir göstərəcək. Bələdiyyə seçkilərinin önəmini də artıracaq, vətəndaşların şəhərlərin idarəetməsinə daha effektiv nəzarət mexanizmlərinin yaranmasına da səbəb olacaq”.

REAL-ın icra katibi hesab edir ki, bu faciənin nəticələrində ən böyük məsuliyyət AKP-də olsa da, hər bir partiyanın da öz günah payı var: “İnsanlar zəlzələnin qarşısını almaqda acizdirlər, amma vurduğu zərəri minimuma endirmək mümkündür, buna isə şəffaf və ağılı idarəetmə ilə nail olmaq olar”.

7Times.az