Dünya

“Zəngəzur dəhlizi Ermənistan üçün zərərlidir”  Xameneyidən absurd açıqlama

“Zəngəzur dəhlizi Ermənistan üçün zərərlidir” – Xameneyidən absurd açıqlamabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İranın qəti və sabit siyasəti qonşuları, xüsusən də Ermənistanla əlaqələri genişləndirməkdir. Biz Ermənistanla əlaqələrin inkişafına çox inanırıq və iki ölkə arasında əməkdaşlıq müəyyən maraqlar əsasında və başqalarının siyasətindən asılı olmayaraq güclü şəkildə davam edəcək”.

7Times.az  xəbər verir ki, bunları İranın Ali dini rəhbəri Əli Xameneyi bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan və onu müşayiət edən nümayəndə heyəti ilə görüş zamanı deyib.

Zəngəzur dəhlizinin açılmasını Ermənistanın ziyanına hesab edən Xameneyi öz mövqeyində qalmaqda israr edib: “Əcnəbilər ölkələrin qonşuları ilə münasibətlərinə məhdudiyyətlər yaratmamalıdırlar, ölkələrin təhlükəsizliyini və rifahını təmin edən özlərinə və yaxınlarına arxalanmaqdır, bəzilərinin uzaqdan gəlib başqa dövlətin işinə qarışması onlara zərərlidir”.

Paşinyan isə öz növbəsində Ermənistan dəfələrlə heç bir transregional marşrutu qəbul etmədiyini açıqlayıb. O, İran və Ermənistan arasında münasibətlərin strateji xarakter daşıdığını və iki ölkə arasında əlaqələrin genişlənməsi və şaxələnməsindən məmnunluğunu qeyd edib.