Zəngəzurdakı(“Sünik”) erməni əsgərlərinin dəhşətli xidmət şəraitinin video-yazısı yayımlanıb.
7Times.az Moderator.az-a istinadən xəbər verir ki, Azərbaycanla sərhəddə yerləşən postlardan birindəki erməni hərbçilərinin miskin durumunun video-görüntüləri qəsbkar ölkənin Politik.am saytı tərəfindən təqdim edilib.
“Bu videonun çəkilişindən bir il keçib, saytımız yazır, amma Ermənistan Müdafiə Nazirliyi xidməti yerinə yetirmək üçün əsgərlərə normal şərait yaratmaqdan ötrü əlini ağdan qaraya vurmayıb”.
Çəkilişin tarixi və dəqiq yeri açıqlanmır.
Follow @7timesaz