Qarabağ

“Zəngilan və Qubadlıdakı mövqelər gizli razılaşma nəticəsində Azərbaycana verildi” – Artur Vanetsyan

“Zəngilan və Qubadlıdakı mövqelər gizli razılaşma nəticəsində Azərbaycana verildi” – Artur Vanetsyanbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün Zəngəzurda yaranmış vəziyyət kifayət qədər ciddi təhlükəsizlik problemidir”.

7Times.az KONKRET.az -a istinadən xəbər verir ki, bu fikirləri erməni nəşri olan “Hraparak.am” saytına müsahibəsində “Şərəfim var” fraksiyasının rəhbəri Artur Vanetsyan səsləndirib:

“Azərbaycan və Türkiyənin ən mühüm məqsədlərindən biri Zəngəzur vasitəsilə Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən dəhlizi əldə etməkdir. Bunu rəsmi Ankara hətta Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesində ilkin şərt kimi irəli sürür. Zəngəzur və ətrafında yaranmış vəziyyət 9 noyabr 2020-ci il tarixli bəyanatın nəticəsi deyil. Xatırladım ki, 9 noyabr bəyanatında tərəflərin öz mövqelərində dayandıqları bildirilir” – deyə Artur Vanetsyan vurğulayıb.

“Məlum olur ki, Zəngilan və Qubadlı, eləcə də bizim üçün vacib olan digər mövqelər gizli razılaşma nəticəsində düşmənə (Azərbaycan-red) verilib. Məhz bundan sonra Zəngəzur birbaşa təhdid altına düşdü. Məhz bundan sonra düşmən aylar sonra Gorus-Qafan yolunda gömrük postları quraraq ermənilərin hərəkətini iflic etdi. Qoşunlarımız qeyd olunan mühüm mövqeləri Azərbaycana təslim edərək geri çəkildi” – Vanetsyan qeyd edib.

“Digər mühüm problem ondan ibarətdir ki, Ermənistanın bu gün sadəcə olaraq xarici siyasəti yoxdur. Zəngəzur məsələsinə görə,  bütün mümkün platformalarda müzakirələrə və qətnamələrin qəbuluna nail olmaq, məhkəmələrə müraciət etmək lazımdır. Amma bizdə heç nə yoxdur”- deyə Vanetsyan fikirlərini tamamlayıb.