Bir çox insanın fikrinə görə, zənginliklə xoşbəxtlik sinonimdir. Amma əslində isə bu, heç də belə deyil. Zənginliyin içində xoşbəxt olmayan insanlar da var. Bu, eyni zamanda bir sıra məşhur, tanınmış simalara da aiddir.
“Qafqazinfo” bu yazıda SSRİ dövründə zənginlik içində xoşbəxtlik tapa bilməyən Kremlin ən məşhur qadınından söhbət edəcək.
Məhəbbət üçbucağı…
Nadejda Krupskaya Vladimir Leninlə 1984-cü ildə tanış olub. Onlar birlikdə Fəhlə Sinfinin Azadlığı Uğrunda Mübarizə İttifaqının təşkilində və fəaliyyətində iştirak ediblər. Uşaqlıqdan bəri inqilabi planlar və daha yaxşı həyat haqqında düşüncələr Nadyanın ruhunda olub.
Tanışlıqdan bir neçə il sonra Nadejda Lenindən məktubla evlilik təklifi alıb. O, bununla razılaşaraq Şuşenskoye kəndində sürgündə olan Leninin yanına yollanıb. Cütlük 1898-ci ilin iyulunda kilsə nikahına girib.
Fotoda İnessa Armand
Bundan sonra Vladimir İliç və Nadejda Konstantinovna bütün həyatlarını birlikdə yaşayıblar. Ancaq onların evliliyi üçün əsl təhlükə 1909-cu ildə Parisdə dünya proletariatının lideri 35 yaşlı İnessa Armandla tanış olduqda yaranıb.
Qadın tezliklə Leninin sirdaşı və əksər tarixçilərin fikrincə, onun məşuqəsi olub.
Həmin dövrdə Nadejda Krupskaya bir neçə dəfə Leninə boşanma təklifi edib və hətta sevgililər üçün ayrıca ev də axtarıb. Bəzi mənbələrə görə, bu sevgi üçbucağında qadınlar arasında dostluq münasibətləri qorunub saxlanılıb. Lakin Vladimir İliç ömrünün son gününə qədər qanuni həyat yoldaşının yanında qalmağa üstünlük verib.
Ona təcavüz edənə ərə getdi…
Nino Qeqeçkori SSRİ Nazirlər Soveti Sədrinin müavini Lavrenti Beriya ilə cəmi 16 yaşında ikən evlənib.
“Marşallar və baş katiblər” kitabında N.Zenkoviç yazır ki, gələcək həyat yoldaşları Suxumidə görüşüblər, qız həbs olunan qardaşının buraxılmasını istəməyə gəlib. Həmin vaxt Beriyanın getməyə hazırlaşdığı qatar var idi. Gənc qəhvəyi gözlü gözəlin qardaşını buraxmaq xahişindən sonra Beriya onu vaqona dəvət edib və sonra zorlayıb. Bundan sonra ona evlilik təklifi edib.
Nino özü hadisələrin bu versiyasını inkar edib. Qızın dediyinə görə, Beriya ilə evlənməzdən əvvəl onu bir neçə ay idi ki, tanıyırdı. 22 yaşlı oğlan Ninonu daim parkda gəzintiyə dəvət edirdi. Bir dəfə belə gəzintilər zamanı o, bir qızla evlənmək istədiyini söyləyib. Ona görə yox ki, o, aşiq olub – sadəcə, Lavrenti Beriyanın Belçikaya hökumət səfəri var idi və o zaman xaricə yalnız ailə üzvləri icazə verilirdi.
Ata-anasız Nino qohumların evində bezdiyi üçün gəncin təklifini qəbul edib. Evliliklərinin məhəbbət üzərində qurulmamasına baxmayaraq, Nino həyat yoldaşının dəhşətli cinayətlərinin siyahısı açıqlanandan sonra da onu dəstəkləyib və ona haqq qazandırıb.
Beriya Stalinin vəfatından bir qədər sonra şpionajlıqda və hakimiyyəti ələ keçirməkdə ittiham edilərək həbs edilib.
Beriyanın həbs edilərkən arvadı və oğlu bir ildən çox karserdə saxlanılıb və müxtəlif işgəncələrə məruz qalıb. O, ərinə qarşı ifadə verməkdən imtina edib. Bir müddət sonra isə oğlu ilə birlikdə Sverdlovska göndərilib, daha sonra Kiyevə köçüblər.
Beriya isə 23 dekabr 1953-cü ildə SSRİ Ali Məhkəməsinin Xüsusi Heyətinin qərarı ilə güllələnib.
Stalinin intihar edən arvadı…
Nadejda Alliluyeva cəmi 16 yaşında olarkən 38 yaşlı İosif Stalinlə ailə həyatı qurub. Alliluyevlər ailəsi deyirdi ki, 2 yaşında balaca Nadya dənizə düşüb. 23 yaşlı cəsur oğlan İosif qızı ölümdən xilas edib.
Bir müddət sonra Alliluyevlər ailəsi Sankt-Peterburqa köçür. Qızın 16 yaşı tamam olanda onların evində eyni xilaskar peyda olur. Nadya özündən 21 yaş böyük olan inqilabçı kişiyə aşiq olur.
Onların münasibəti çox sürətli başlayıb. Qız hətta nişanlısı ilə cəbhəyə də gedib, 1919-cu ilin yazında münasibətlərini rəsmiləşdiriblər.
Amma onların arasında tez-tez qalmaqallar da yaranıb. Alliluyeva inadkar və isti xasiyyətli xarakteri ilə məşhur idi, məşhur aktrisa və müğənnilərə görə ərini çox qısqanırdı.
Onların sonuncu davası inqilabın 15 illiyi şənliyində Voroşilovun evində olub. Sonra Nadejda qonaqlıq olan evi tərk edib, 9 noyabr 1932-ci ildə ölü tapılıb – Stalinin həyat yoldaşı intihar edib. Bununla belə, onun ölümünün əsl səbəbləri üzərində tarixçilər hələ də mübahisə edirlər. Bəziləri əmindir: o, bədbəxt bir evliliyə görə öz həyatına son qoymağa qərar verdi, digərləri bunun üçün Nadiyanı tez-tez əzablandıran baş ağrılarını günahlandırır. Alliluyevanın intiharının ümumiyyətlə saxta olduğunu düşünənlər də var.
Sevgi macəralarından əl çəkməyən Xayutina…
Evgeniya Xayutina həmişə kişilərin diqqətindən zövq alıb. O, hətta SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin kommissarı Nikolay Yejovla nikaha daxil olduqdan sonra da, evliliyə isti münasibət göstərməyib.
1929-cu ilin sentyabrında, 25 yaşında Evgeniya sonuncu əri Nikolay Yejovla tanış olub. Həmin dövrdə o, Xalq Təsərrüfatı Ali Sovetinin rəhbəri və Ümumittifaq Kommunist Partiyası Mərkəzi Komitəsinin bölgü şöbəsinin müdiri vəzifələrində çalışırdı. 1931-ci ildə onlar evləndi, lakin onların evliliyini xoşbəxt adlandırmaq olduqca çətindir. Xayutinanın sevgi maraqları hətta Stalinin özünü də nəzərindən qaçmırdı – generalissimus dəfələrlə Yejova həyat yoldaşından boşanma ehtiyacı olduğunu söyləyirdi.
1938-ci ildə Nikolay Yejov həyat yoldaşına evliliyi bitirmək arzusunu söyləyib. Bu, onun üçün böyük bir zərbə olub. Nəticədə, Evgeniyanın psixi vəziyyəti çox pisləşir, qadın psixonevrozun müalicəsi üçün Vorovski sanatoriyasına yerləşdirilir.
Oradan İosif Stalinə məktublar göndərir və ondan onu müdafiə etməsini xahiş edir, lakin bütün mesajlar cavabsız qalır. Xayutina 1938-ci ildə dərman içərək intihar edir.
Yejovun özü isə SSRİ-də qaniçənliyi ilə yadda qalmışdı. Təkcə 1937-ci ildə Yejovun əmri ilə 3170 yüksək vəzifə tutan adam güllələnmişdi. Ümumilikdə Yejovun əmri ilə güllələnənlərin sayı 14 mindir. 1940-cı ilin fevralında isə Yejovun özünə ölüm hökmü kəsilir və güllələnir.
Follow @7timesaz