Müğənni Zeynəb Həsəni evlilikdən danışıb.
ATV-də yayımlanan “Zaurla Günaydın” verilişinin qonağı olan müğənni Zeynəb Həsəni evlilik haqda danışıb.
Müğənni bildirib ki, şou-biznesdən heç kimlə ailə həyatı qurmaq istəmir:
“Şou-biznesdən heç kimi istəmirəm. Çünki mən onu qısqanaram. Düşünürəm ki, əvvəlki qadınlar qısqanc deyildi, amma indiki xanımlar qısqancdır”
O, həmçinin sevib-seçdiyi bəyin sosail şəbəkə hesabının olmamasını istəyib:
“Bir də onu qeyd edim ki, mən sosial şəbəkə istifadə edən bir bəylə ailə həyatı qurmaq istəmərəm. Özümü öldürərəm, istəyərəm ki, beynimiz sakit olsun. O, profilimi istəsə, verərəm, amma yetər ki, onun öz şəxsi hesabı olmasın”.
Ətraflı videoda: