Maqazin

Zeynəb jurnalisti təhqir etdi: “Ağılsız və beyinsiz biri olduğunu düşünürəm”

Zeynəb jurnalisti təhqir etdi: “Ağılsız və beyinsiz biri olduğunu düşünürəm”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur aktrisa Farah Zeynəb Abdullahla jurnalist Mustafa Ağdağ arasında gərginlik yaşanıb.

BAKU.WS xəbər verir ki, Mustafa mükafatlandırma mərasimlərindən birindən çıxarkən aktrisaya tvitterdəki paylaşımı ilə bağlı sual ünvanlayıb.

O, sabah çəkilişi olduğunu bildirib və ərazidən uzaqlaşmaq istəyib.

Bu zaman pilləkanlardan düşərkən jurnalist Mustafa Ağdağdan ona yol verməsini istəyib və ona, “Keçə bilərsən, qardaşım? İnsan kimi danışanda niyə başa düşmürüsünüz?”, – deyib.

Zeynəb jurnalistə dediyi bu sözlərdən sonra sosial şəbəkə hesabında geniş açıqlama yayaraq bu dəfə Mustafaya, “Onun ağılsız və beyinsiz biri olduğunu düşünürəm”, – deyərək təhqir edib.

Daha sonra aktrisanın meneceri onun adından jurnalistdən üzr istəyib.