İdman

Zidan məşhur kluba baş məşqçi gəlir

Zidan məşhur kluba baş məşqçi gəlirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransalı sabiq futbolçu Zinəddin Zidan PSJ-ni çalışdıra bilər.

7Times.az  Offsideplus.az -a istinadən xəbər verir ki, bu iddia ilə “RMC Sport”un jurnalisti Daniel Riolo çıxış edib. O, bildirib ki, Paris klubunun hazırkı baş məşqçisi Maurisio Poçettino mövsümün sonu klubdan ayrılacaq.

Bu postda isə 49 yaşlı mütəxəssis Zinəddin Zidan gələcək.

Qeyd edək ki, PSJ-yə keçən ilin yanvarından rəhbərlik edən Poçettinonun sözləşməsi 2023-cü ildə yekunlaşır.