İdman

Zlatan İbrahimoviç futbol karyerasını başa vurub

Zlatan İbrahimoviç futbol karyerasını başa vurubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Milan” futbol komandasının 41 yaşlı isveçli hücumçusu Zlatan İbrahimoviç futbol karyerasını başa vurub.

7Times.az xəbər verir ki, o, bunu İtaliya çempionatının “Milan” – “Verona” oyunundan sonra azarkeşlərlə vida mərasimində deyib.

“Futbolla vidalaşmağın vaxtıdır. Amma mən sizinlə sağollaşmıram, əziz azarkeşlər”-deyə, o bildirib.

İbrahimoviç İsveçin ən məşhur futbolçusudur. İtaliya A Seriyasının cari mövsümündə İbrahimoviç dörd matçda iştirak edib və bir qol vurub. İsveçli həm də “Barselona”, “Yuventus”, “İnter”, PSJ, “Mançester Yunayted” və “Los Anceles Qalaksi” klublarında oynaması ilə də tanınır.