Ölkə

Zorla ərə verilən 18 yaşlı qızla bağlı Rəsmi AÇIQLAMA + VİDEO

Zorla ərə verilən 18 yaşlı qızla bağlı Rəsmi AÇIQLAMA + VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi 18 yaşlı qızın zorla ərə verilməsi iddiası ilə yayılmış görüntülərə münasibət bildirib. Məlum olub ki, görüntülər real toyda çəkilib. 

 

Nazirliyin Mətbuat xidmətindən Sfera.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə 2022-ci ilin dekabrında rayonlardan birində baş verib:

 

“Toy mərasimində gəlin köçən xanımla bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb. Müəyyən edilib ki, toy mərasimi 2022-ci ilin dekabr ayında bölgə rayonlarından birində keçirilib. Tərəflər arasında yaranan mübahisəyə səbəb 18 yaşlı xanımın məcburi nikaha daxil edilməsi yox, məişət xarakterli anlaşılmazlıq olub.  Həmin anlaşılmazlıqda hüquqazidd hal, yaxud kriminal tərkib müəyyən edilməyib”.

 

Qeyd edək ki, dünəndən etibarən yayılan məlumatlarda hadisənin Bakıda baş verməsi, 18 yaşlı qızın zorla ərə verilməsi deyilirdi. Görüntülər geniş müzakirələrə səbəb olmuşdu, hətta bəziləri videonun qurama olduğunu, hansısa çəkiliş zamanı lentə alındığını deyirdi.