Maqazin

Zülfiyyə Xanbabayeva da “Dream Fest”də olacaq!

Zülfiyyə Xanbabayeva da “Dream Fest”də olacaq!backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daha bir azərbaycanlı ulduz “Dream Fest 2024” yeni beynəlxalq musiqi festivalında səhnə alacaq.

OLAY yazır ki, Xalq artisti Zülfiyyə Xanbabayeva da “Dream Fest”də çıxış edəcək. Sənətçi iyulun 27-də səhnəyə çıxacaq.

Qeyd edək ki, Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə keçirilən “Dream Fest” iyulun 23-dən 28-nə kimi olacaq. Festival çərçivəsində bir çox əcnəbi müğənni Bakıda səhnə alacaq.

Onu da bildirək ki, tədbirdə çıxış edəcək yerli sənətçilərdən ilk Xalq artisti Röya Ayxanın adı açıqlanmışdı. Onun səhnəsi iyulun 24-ü açılış mərasimində olacaq. Daha sonra Jony və Jah Khalibin də gecədə iştirak edəcəyi bildirilib.

Xalq artisti Aygün Kazımova isə iyulun 28-də səhnəyə çıxacaq.