Maqazin

Zümrüd şəxsi həyatından danışdı: “Mən kağız üzərində ailəliyəm“

Zümrüd şəxsi həyatından danışdı: “Mən kağız üzərində ailəliyəm“backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aparıcı Zümrüd Bədəlova “Onun sirri” verilişində qonaq olub.

7times.az xəbər verir ki, proqramın aparıcısı Zümrüdə “Həyat yoldaşınızdan onun müflis olduğu üçün ayrılmısınız. Bu doğrudur” sualını verib. Zümrüd isə cavab olaraq boşanmadığını deyib:

“Mən o insanla kağız üzərində hələ də ailəliyəm, boşanmamışam. Soyadım Bədəlovadır. Mən heç vaxt o soyadı götürmədim. Daha doğrusu həmin soyadı mənə vermədilər. Heç “ZAQS”ımın belə harada olduğunu bilmirəm. Hər şey Rusiyada olduğuna görə, mən kağız üzərində hələ də ailəliyəm və 7 ilə yaxındır ki, belə davam edir”.