Banner

10 minə yaxın vətəndaşa qarşı dələduzluq edən dəstə üzvlərindən biri həbs olundu

10 minə yaxın vətəndaşa qarşı dələduzluq edən dəstə üzvlərindən biri həbs olundubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsində 10 minə yaxın vətəndaşa qarşı dələduzluq edən dəstə üzvlərinin məhkəmə prosesi keçirilib.

7Times.az xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dəstə üzvlərindən Məmmədova Yeganənin barəsində həbs qətimkan tədbiri seçilib.

Prosesdə iştirak edən zərərçəkmiş şəxslərin məlumatına görə, buna səbəb Yeganə Məmmədovanın onlara təzyiq göstərməsi olub. Onların sözlərinə görə, Y. Məmmədova bir çox saytlarda zərərçəkmişlərin şəkillərini paylaşaraq onların barəsində şər-böhtan xarakterli məlumatlar yazıb.

Dəstə üzvləri Xəyal Yaxyayev, Gülara Abdullayeva və Yeganə Məmmədova qabaqcadan əlbir olan bir qrup şəxs halında kriptovalyuta satmaq adı ilə vətəndaşları aldadaraq onların pul vəsaitlərini ələ keçirməkdə ittiham olunurlar.

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının Azərbaycan Respublikası Mərkəzi Bankının mütəxəssislərinin iştirakı ilə apardıqları araşdırmalar zamanı müəyyən olunub ki,Bakı şəhər sakinləri Gülara Abdullayeva, Xəyal Yaxyayev və qeyriləri ölkə daxilində “İnsuccess” adlı fəaliyyət istiqaməti qeyri-müəyyən olan şirkət yaradıblar. Daha sonra onlar “OCOS” beynəlxalq dələduzluq piramidasını ölkəyə gətirərək yaratdıqları şirkət vasitəsi ilə sosial şəbəkələrdə piarını həyata keçirməklə geniş yayılmasını təşkil ediblər. Bu şəxslər internet şəbəkəsində xüsusi lokal proqramlar vasitəsi ilə əslində mövcud olmayan kriptovalyuta yaradaraq guya onun beynəlxalq valyuta bazarında satışını təşkil etdiklərini və şişirdilmiş yüksək gəlirlər vəd etməklə vətəndaşların pul vəsaitlərini aldatma yolu ilə ələ keçiriblər. Bu qayda ilə adı çəkilən şəxslər qurduqları şəbəkə biznesinə piramida şəklində çoxsaylı vətəndaşları cəlb edərək onlara faktiki mövcud olmayan, uydurulmuş kriptovalyuta satıblar. Araşdırma zamanı dəstə üzvlərinin investisiya paketi adı altında şişirdilmiş yüksək gəlirlər təklif edərək ümumilikdə 10 minə yaxın vətəndaşı aldatdıqları və təxminən külli miqdarda vəsaitlərini ələ keçirdikləri müəyyən edilib.

Təqdim edilən faktlarla bağlı G. Abdullayeva, X. Yaxyayev və  Y. Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq), 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) , 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə 217 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.