Türkiyənin Kahramanmaraş bölgəsində baş verən zəlzələdən 138 saat sonra xilasedicilər dağıntılar altından bir ailəni sağ-salamat xilas ediblər.
Modern.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Ata Cəlal, ana Yasemin və oğulları Ensar Taşhan dağıntılar altından çıxarılaraq xəstəxanaya aparılıb.
Ailənin xilas edilməsi ətrafdakı insanların sevincinə səbəb olub, onların yaxınları göz yaşlarına hakim ola bilməyiblər.