Cəmiyyət

10 mindən çox IMEI ilə yarım milyondan çox şəbəkəyə qoşulma cəhdi olub

10 mindən çox IMEI ilə yarım milyondan çox şəbəkəyə qoşulma cəhdi olubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Azərbaycana gətirilən mobil cihazların surəti köçürülmüş IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı intensiv mübarizə tədbirlərini davam etdirir.

Bununla bağlı “AzInTelecom” MMC mütəmadi olaraq, monitorinq edərək surətinin köçürülməsi şübhəsi olan IMEI kodlar üzrə ətraflı araşdırma aparır. Nəticədə surətinin köçürüldüyü aşkarlanan IMEI koda “klon” statusu verilərək istifadəsi məhdudlaşdırılır. Həmin IMEI kodun köçürüldüyü cihazlar yalnız üzərində olan nömrələrlə telekommunikasiya şəbəkəsindən istifadəyə davam edirlər.

Görülən mübarizə tədbirləri çərçivəsində bu günədək 10065 IMEI koda “klon” statusu verilib. Həmin IMEI kodlar son üç ayda 1 121 002 ədəd mobil nömrəyə aid abunəçi kimliyi ilə şəbəkədə görünüb. Bu IMEI kodlarla 555 963 dəfə şəbəkəyə qoşulma cəhdinə Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) tərəfindən imtina cavabı verilib.

Surətinin köçürülməsi şübhəsi olan IMEI kod ilə bağlı vətəndaşlar tərəfindən poçt məntəqələrinə daxil olan müraciətlər araşdırılıb. 250 İMEİ koduna “klon” statusu verilməsi nəzərdə tutulub ki, bunlar da son üç ay ərzində şəbəkədə 3189 beynəlxalq mobil abunəçinin şəxsiyyəti ilə görünüblər.