Cəmiyyət

Naxçıvanda sabiq icra başçısına məxsus hoteldə əxlaqsızlıq yuvası aşkarlandı

Naxçıvanda sabiq icra başçısına məxsus hoteldə əxlaqsızlıq yuvası aşkarlandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddət öncə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin apardığı əməliyyat nəticəsində Babək rayonu Şəkərabad kəndi ərazisində yerləşən “Nəqşicahan” hotelində əxlaqsızlıq yuvasının olduğu aşkarlanıb.

APA xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Vüqar Səfərova məxsus hoteli işlədən Şərur rayon sakini, 1994-cü il təvəllüdlü Təbriz Musayev saxlanılıb.

Artıq onun məhkəməsi başa çatıb. Babək Rayon Məhkəməsində keçirilən prosesdə Təbriz Musayev Cinayət Məcəlləsinin 244-cü (Əxlaqsızlıq yuvaları saxlama) maddəsi ilə təqsirli bilinib. Məhkəmədə Təbriz Musayev törətdiyi əməli etiraf edib və peşman olduğunu bildirib.

O, məhkəmənin hökmü ilə 3200 manat cərimələnib.

Qeyd edək ki, “Nəqşicahan” hotelinin həmin hissəsi bağlanıb və həyətyanı sahədə olan kotejlər sökülür.