Balakən şəhərində bir nəfər azyaşlının əli ətçəkən maşında sıxılıb qalıb.
Bu barədə 7Times.az -a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həkim nəzarəti altında həyata keçirilən xilasetmə tədbirləri nəticəsində azyaşlının əli ətçəkən maşından çıxarılaraq xilas olunması təmin edilib.
Follow @7timesaz