Ölkə

“Söhbət ölümdən düşdü, dedi ki, ona baxarsan” – Oğlu Hacı Şahinlə son görüşündən DANIŞDI + VİDEO

“Söhbət ölümdən düşdü, dedi ki, ona baxarsan” – Oğlu Hacı Şahinlə son görüşündən DANIŞDI + VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xəstəxanada olan zaman mənə yazmışdı, çox nigaran olmuşdum. Dedi ki, narahat olma, indi gəlirəm, danışarıq. Gözlədim, gələn zaman onu bərk qucaqladım. Hacıya çox bağlı olmuşam”.

Bu sözləri mərhum din xadimi Hacı Şahin Həsənlinin oğlu Hüseyn Həsənli ilahiyyatçı haqda çəkilən bədii-sənədli filmdə çıxış edərkən deyib.

Ekran işində atasından danışan Hüseyn söyləyib ki, ümumiyyətlə, onun başına cüzi bir şey gələn zaman çox narahat olub:

“Dedi ki, narahat olma, məndə belə ağrılar keçmişdə də olub – insanlar arasında bilinən “ijoqa”, yəni mədə ağrısı – elə hesab edirdi ki, mədə ağrısı var. Həmin gecə Hacı ilə çox söhbət elədik. Allahla bağlı suallar verirdim ona. Bir neçə mövzu haqqında danışdıq. Necəsə oldu, ölüm mövzusu açıldı. Dedi ki, mənim üçün ölüm çox rahatdır, bir az Səccada (kiçik oğlu) görə narahat olaram. Mən dərhal bildirmək istədim ki, özüm üçün ağır olar. Dedi ki, bilirəm, amma sizi bir qədər böyütmüşəm, yaşınız var, o isə körpədir. Bir az baxdı, sonra dedi ki, ona da sən baxarsan. Həmin zamanda necəsə oldu söhbətimiz yekunlaşdı. Mətbəxdə görüşdük, mənə dedi ki, dua elə, bu ağrım keçsin, oruc tutmaq istəyirəm. Dərhal dedim ki, qurban olum, bəlkə, bu ağrı ilə oruc tutmayasan. Dedi ki, yox, ağrı olsa, tutmayacağam, sən hər halda dua elə. Son görüşümüz yenə mətbəxdə oldu, sübh namazına 10-15 dəqiqə qalmışdı. Gəldi məni çox öpdü, qucaqladı və dedi ki, çox-çox ağıllısan, maşallah. Mən də onu bərk qucaqladım və bu da bizim Hacı ilə son görüşümüz idi”.

Xatırladaq ki, mərhum ilahiyyatçı Hacı Şahin Həsənli ötən il mart ayının 2-də ürəktutmadan vəfat edib.

Rejissor Elçin Ağazadə onun həyatından bəhs edən sənədli film ərsəyə gətirib. Film din xadiminin vəfatının ildönümündə ictimaiyyətə təqdim olunub. (Ölkə.Az)