Aktual

Kreml AZAL-a məxsus təyyarənin qəzaya uğramasının araşdırılmasına dair hesabatı şərh etməyib

Kreml AZAL-a məxsus təyyarənin qəzaya uğramasının araşdırılmasına dair hesabatı şərh etməyibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kreml AZAL təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı araşdırılmaların ilkin nəticələrini şərh etməkdən imtina edib.

7Times.az  Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin araşdırmanın ilk nəticələrini şərh etmək xahişinə cavab olaraq araşdırmanın başa çatmasını gözləməyə çağırıb.

“Bu, ilkin hesabatdır. Əlbəttə, müvafiq qurumlarımız onu böyük, lazımi diqqətlə öyrənəcəklər. Prezident Administrasiyasından şərh verməyi mümkün hesab etmirik”, – Peskov qeyd edib.

Ötən gün təyyarə qəzasının araşdırılması ilə bağlı ilkin hesabat açıqlanıb. Hesabatda təyyarənin gövdəsində aşkar edilən zədələrin kənar obyektlərin təsiri nəticəsində yarandığı göstərilir. İlkin hesabatda hava gəmisinin quşlarla toqquşmasına işarə edən hər hansı fakt barəsində və oksigen balonunun partlamasına dair məlumat təqdim olunmayıb.

Qeyd edilir ki, saat 05:13:32-də hava gəmisinin əsas idarəetmə sistemləri itirilir, 05:21:42-də əlaqələndirici dispteçer “Ковер” əməliyyatı barədə Qoznıya məlumat verib.

Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.

İlkin məlumatlara görə, təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.

“Report”