Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanları, idarə müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Nabran kəndində növbəti səyyar qəbulunu keçirib.
Qəbulda Nabran İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Dalğalı, Günəşli, Meşəli, Samurçay, Şimali və Turist qəsəbəsinin eləcədə Tel kəndinin sakinləri iştirak edib.
Sakinlər elektrik təsərrüfatının yenilənməsi, kəndlərarası yolun təmiri və yeni marşrut xəttinin açılması ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.





