57 saylı Xaçmaz şəhər Seçki Dairəsindən milli məclisə seçilmiş deputat Ağalar Vəliyevin Xaçmazda keçirdiyi vətəndaş qəbulları maraqlı ənənə ilə diqqət çəkib.Belə ki,deputatın YAP-nın Xaçmaz rayon təşkilatının inzibati binasında təşkil edilən vətəndaş qəbullarında demək olar eyni simalar iştirak edir.
Aralarında bir neçə şahid ailəsinin də olduğu insanlar sırasında partıyanın indiki və keçmiş sədri,həmçinin digər inzibati şəxslər yer alır.Ağalar Vəliyevin vətəndaş qəbullarında bu şəxslərdən başqa kimsə gözə dəymir.
Hər dəfə eyni insanlardan ibarət “vətəndaş qəbulu”!
Maraqlıdır,Ağalar Vəliyevin bu vətəndaş qəbulları niyə belə məhdud və demək olar ki,gizlin formada həyata keçirilir…
Bu qəbullar məqsədli şəkildə belə utopik formada təşkil edilirsə,bu zaman hansı millət vəkilliyindən və hansı səmərəli faydalığdan söhbət gedə bilər?
Sizcə deputat seçildiyiniz bu dairənin seçicilərinin sizə anladacaq bir dərdi-sərimi yoxdurmu?
Elə deyilsə bəs niyə bu vətəndaş qəbullarında başqa bir xaçmazlını görmək olmur?