Ölkə

Qalağan kəndində sakinlərin müraciət və təklifləri dinlənilib – FOTOLAR

Qalağan kəndində sakinlərin müraciət və təklifləri dinlənilib – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Xaçmaz Rayon Polis Şöbəsinin rəisi Samir Məcidov, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Qalağan kəndində növbəti səyyar qəbulunu keçirib.
Qəbulda Qalağan İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Qalağan,Hacılar, Sayad, Keymərəz, Ərəb və Məmmədxanlı kəndlərinin sakinləri iştirak edib.
Sakinlər elektrik təsərrüfatının yenilənməsi, yolların təmiri, suvarma suyu ilə təchizatın yaxşılaşdırılması və məşğulluqla bağlı müraciətlər səsləndiriblər.
Sakinləri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib. Bəzi müraciətlər yerindəcə həll edilib.