Ölkə

Xaçmazda oğul atasının ehsanına kənd yolunu asfaltladı – REPORTAJ

Xaçmazda oğul atasının ehsanına kənd yolunu asfaltladı – REPORTAJbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmaz rayon sakini, iş adamı Tofiq Nuriyev dünyasını dəyişmiş atası Qələmşah Nuriyevin ehsanı münasibətilə kənd yolunu asfalt etdirib.
Könüllərə nur çiləyən bu nümunəvi addım Tofiq Nuriyevə təxminən 160 min manata başa gəlib.

Vətəndən kənarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Tofiq Nuriyev, atasının vəfatından sonra doğma yurdu — Xaçmaz rayonunun Padar kəndində yerləşən 1 kilometrlik daşlı kənd yolunu öz şəxsi vəsaiti hesabına asfaltlatdırıb.

“Ana yol” MMC tərəfindən həyata keçirilən asfaltlama işləri nəticəsində Padar kəndində yaşayan 867 nəfərin gediş-gəliş problemi aradan qaldırılıb.
Bu addım, əslində, təkcə yol deyil — rəhmet və rəhmətin yoludur.

Allah rəhmətlik Qələmşah kişiyə axirət dünyasında nur bəxş etsin, Tofiq bəyə isə sonsuz bolluq və hüzur nəsib etsin!

Cəlal Fərzəliyev

Sevinc Muxtarova