Dünya

“Ukrayna seçki istəyir, amma…”  Zelenskinin ofisi iddialara cavab verdi

“Ukrayna seçki istəyir, amma…” – Zelenskinin ofisi iddialara cavab verdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezident seçkilərinin keçirilməsinə qarşı deyil, lakin bunun üçün təhlükəsizlik təmin edilməlidir. 

“7Times.az” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisindəki mənbə “Ukrinform”-a deyib.

Prezident Ofisinin adı çəkilməyən nümayəndəsi bu fikri “Financial Times” qəzetində dərc edilən Prezident Volodimir Zelenskinin Ukraynada seçkilərin və referendumun tarixini 24 fevralda elan etməyi planlaşdırdığı barədə xəbərləri şərh edərkən bildirib.

“Əgər ruslar hər gün insanları öldürürlərsə, yaxın həftələrdə seçkiləri necə elan etmək və ya ciddi şəkildə bunu nəzərdən keçirmək olar? Heç kim seçkilərə qarşı deyil, amma təhlükəsizlik təmin edilməlidir”, – deyə Prezident Ofisindəki mənbə qeyd edib.

O xatırladıb ki, təkcə ötən gecə Xarkov vilayətində 34 yaşlı ata ilə birlikdə üç azyaşlı uşaq Rusiya atəşi nəticəsində həlak olub.

Qeyd edək ki, “Financial Times” qəzetinin bugünkü məlumatına görə, Ukrayna və ABŞ rəsmiləri həm seçkilərin, həm də referendumun may ayında keçirilməsi imkanını müzakirə ediblər. Qeyd olunur ki, bu fonda Kiyev Rusiya ilə sülh müqaviləsi üzrə referendumla paralel olaraq prezident seçkisi keçirməyi planlaşdırmağa başlayıb. Baxmayaraq ki, ortalıqda hələlik tərəflərin ortaq məxrəcə gəldiyi heç bir sülh razılaşması yoxdur.

Buna baxmayaraq, nəşr iddia edib ki, Ukrayna Prezidenti seçki və referendum qərarını Rusiyanın tammiqyaslı işğalının dördüncü ildönümündə – 24 fevralda elan edə bilər.

“AzPolitika.info”