Xəbər verdiyimiz kimi, Rusiya Xarici işlər naziri Sergey Lavrov bu gün üçgünlük səfərlə India Hindistana yollanacaq.
Məlumata görə, Lavrov səfər çərçivəsində hindistanlı həmkarı Subramanyam Cayşankar ilə görüşəcək, həmçinin BRICS ölkələrinin xarici işlər nazirlərinin toplantısında iştirak edəcək.
“7Times.az” bildirir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilir ki, tərəflər arasında aparılacaq danışıqlarda əsas diqqət Yaxın Şərqdəki böhrana yönələcək. Xüsusilə Hörmüz boğazı ətrafında yaranmış vəziyyət və boğazın bağlanması məsələsi müzakirə olunacaq. Qeyd edilir ki, enerji daşıyıcılarının nəqlində yaranan problemlər Hindistanın maraqlarına da təsir göstərib.
Görüşlərdə həmçinin Ukraynadakı müharibə və onun mümkün həlli perspektivlərinin də gündəmə gələcəyi gözlənilir.
Bundan başqa, Hindistanın Baş naziri Narendra Modinin Rusiyaya planlaşdırılan səfərinə hazırlıq məsələlərinin də müzakirə ediləcəyi bildirilir.
Məlumata əsasən, BRICS toplantısında xarici işlər nazirləri qlobal idarəetmənin təkmilləşdirilməsi və inkişaf etməkdə olan ölkələrin beynəlxalq sistemdə rolunun artırılması məsələlərinə də xüsusi diqqət ayıracaqlar.
Follow @7timesaz


