Dünya

UEFA Millətlər Liqası start götürür: ilk gündə 8 oyun

UEFA Millətlər Liqası start götürür: ilk gündə 8 oyunbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin qarşılaşmalarına start veriləcək.

7Times.az xəbər verir ki, ilk oyun günündə səkkiz matç keçiriləcək.

A liqasının II qrupunda Niderland və Almaniya, həmçinin Serbiya və Yunanıstan yığmaları arasında gərgin mübarizə izləniləcək. Eyni liqanın IV qrupunda isə Norveç Danimarka ilə, Portuqaliya isə Uelslə qüvvəsini sınayacaq.

B liqasının III qrupunda Avstriya İsraillə, Kosovo isə İrlandiya millisi ilə yaşıl meydanda üz-üzə gələcək.

D liqasında da azarkeşləri iki qarşılaşma gözləyir. I qrupda Andorra Malta ilə münasibətlərinə aydınlıq gətirəcəyi halda, II qrupda Azərbaycan millisinin qrupdakı rəqibləri olan Lixtenşteyn və Litva yığmaları xal mübarizəsinə çıxacaqlar.

UEFA Millətlər Liqası

24 sentyabr

A liqası, II qrup

22:45 Niderland – Almaniya;

22:45 Serbiya – Yunanıstan.

A liqası, IV qrup

22:45 Norveç – Danimarka;

22:45 Portuqaliya – Uels.

B liqası, III qrup

22:45 Avstriya – İsrail;

22:45 Kosovo – İrlandiya.

D liqası, I qrup

20:00 Andorra – Malta.

D liqası, II qrup

22:45 Lixtenşteyn – Litva.