Dünya

Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı təkliflər verib – Peskov

Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı təkliflər verib – Peskovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Qara dənizdə təhlükəsizliyin təmin olunması ilə bağlı təkliflərini Rusiyaya təqdim edib.

7Times.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Ankara daha əvvəl Qara dənizdə gəmilərə hücumların dayandırılması təşəbbüsünü irəli sürmüşdü.

Peskov digər məsələlərə də toxunub. Onun sözlərinə görə, Kreml hansı ölkələrin Ukraynaya silah istehsalı üçün lisenziya verdiyini diqqətlə izləyir.

Kremlin sözçüsü beynəlxalq bazarlarda təklifin artırılması üçün Rusiya dizel yanacağına tətbiq edilən sanksiyaların ləğvini vacib saydıqlarını deyib. O, Rusiya qazının Serbiyaya tədarükü ilə bağlı Vladimir Putinlə Serbiya Prezidenti Aleksandar Vuçiç arasında təmasları istisna etməyib.

Peskov əlavə edib ki, Rusiya münasibətlərin hazırkı vəziyyətini nəzərə alaraq Böyük Britaniya və Fransaya səfir təyin etməyə tələsməyəcək.