Maraqlı

İnsanlar niyə yaltaqlıq edirlər? – “Bu cür insanların xislətində…”

İnsanlar niyə yaltaqlıq edirlər? – “Bu cür insanların xislətində…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar hansısa dövlət sektorunda, istərsə də özəl iş sahələrində, sosial şəbəkələrdə kimlərinsə kimlərəsə yaltaqlıq etdiyini müşahidə edirik. Bu özləri üçün normal görünsə də, kənardan xoşagəlməz mənzərə yaradır. Hətta özlərinə qarşı nifrət hissi yaradırlar.

Həmin insanlar nə qədər qınaq obyekti olsalar da bu kimi vərdişlərdən əl çəkmirlər. Əksinə getdikcə bu vərdişə üz tutanların sayında artım müşahidə olunur.

Maraqlıdır, insanlar niyə yaltaqlıq edirlər? Səbəb nədir?

Bu vərdişdir, yoxsa şəxsi keyfiyyət?

Psixoloq Gülər Məmmədova Yenisabah.az-a yaltaqlığın insanların xarakterinin xüsusiyyəti olduğunu söyləyib:

“Bir çox insanlar özünün mənafeyi uğrunda mübarizə aparanda başqasını əzmək, zərbə altına vurmaq məqsədi ilə də kimlərəsə, yaltaqlıq edir və ikiüzlü bir münasibət yaradır. Bu cür insanların xislətində bu xarakterin xüsusiyyətidir ki, sonradan formalaşır. İnsan yaşadıqca cəmiyyətdə özünü daha yüksəkliklərə ucaltmaq, bir çox istəklərinə, hədəflərinə çatmaq üçün sağlam yollu deyil deyə məhz bu davranışdan, xüsusiyyətdən istifadə edərək öz vəzifəsini həyata keçirir.

Bu insanlara öz davranışlarını bu cür izah edəndə onlar üçün bu qəbulolunmaz sayılır. Çünki onlar öz davranışlarını çox məqbul, normal, sağlam hesab edirlər. Ömürboyu da xarakterin bu xüsusiyyətindən özlərinin xeyri üçün yararlanırlar. Təəssüflər olsun ki, biz bütün insanlardan ideal münasibət, davranış, bütün müsbət keyfiyyətləri, mənəvi saflığı tələb edə bilmərik. Hər kəsin özünəməxsus bir psixatipi var. Və fərdi inkişaf edən insan psixologiyasında da bu kimi xüsusiyyətlərin olması qaçınılmazdır”.

Psixoloqun sözlərinə görə, yaltaqlıq genetik quruluşdan da irəli gələ bilir:

“İnsanlar hər hansı psixosituasiyadan, vəziyyətdən çıxmaq üçün müxtəlif davranışlara əl ata bilirlər. Bu da onların yaşam tərzini, ailədə aldıqları tərbiyyədən, genetik quruluşundan irəli gəlir və ötürülür. Övlad da bundan normal bir davranış kimi istifadə edir.

Ona görə də insan psixologiyasında olan yaltaqlıq konsepsiyasından hər bir kəs özünəməxsus şəkildə istifadə edir. Bir çox insanlar problematik, konfiliktli situasiyaları tənzimləmək üçün də yaltaqlıqdan deyil, sadəcə müəyyən kompramaslar etdikdə də qarşı tərəf onu yaltaqlıq kimi dəyərləndirə bilir”.

G.Məmmədova sosial şəbəkələrdə yaltaqlığın daha çox gözə göründüyünü qeyd edib:

“İnsanlar sosial şəbəkələrdə daha azad fikirli və sərbəstdirlər. Çünki onlar fikirlərini üz-üzə, göz-gözə dayanmadan yazıb, söyləyə bilirlər. Burada təhqir, tənqid, tərif, yaltaqlıq da ola bilər. Bu çox asan şəkildə baş verdiyi üçün el arasında olan yaltaqlıq stikması orada daha çox bariz şəkildə gözə görünür. İnsan rəsmən kiməsə xoş gəlmək üçün bunu edir. Və yaxud da ürəkdən yaza da bilir.

Əslində üzbəsürət olan ünsiyyət zamanı söylənilən fikirlər daha çox yaltaqlığı əks etdirə bilir. Nəinki yazılarda.. Yazılarda o qədər də reallığı bilmək olmur. Çünki insanın üz mimikası, bədən dili müəyyən olunmadığı üçün biz bunu dəqiq bilməyə bilərik. Unutmayaq yazı heç də bədən dilini ifadə etmir”.