Manşet

ABŞ Cənubi Qafqazda Rusiyanı tərksilah etməyə hazırlaşır – İran başını itirib

ABŞ Cənubi Qafqazda Rusiyanı tərksilah etməyə hazırlaşır – İran başını itiribbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gürcüstanda səfərdə olan ABŞ-ın müdafiə naziri Lloyd Austin gürcü həmkarı ilə birgə mətbuat konfransında çıxışı zamanı “altılıq platforması”nın yaradılmasına münasibət bildirərkən deyib ki, “yaxşı olardı ki, Rusiya hər hansı yeni platforma haqqında danışmazdan əvvəl 2008-ci il atəşkəs razılaşmasının öhdəliklərinə riayət etsin. Hər şeydən öncə Cənubi Qafqaz ölkələri regional əməkdaşlığı gücləndirməlidir”. 

7times.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Əlimusa İbrahimov deyib.

Politoloq bildirib ki, Pentaqon kommunikasiyaların açılmasına mane olmaq fikrində deyil:

“ABŞ xüsusilə son vaxtlar Gürcüstan və Ermənistana məsləhətlər verir ki, Rusiya ilə kontaktlardan qaçmaq lazımdır və imkan olduqca qaçın. Paşinyanın son dövrdəki hərəkətləri və Rusiyanın nəzarətindən kənarda Türkiyə və Azərbaycanla münasibətlərin qurulmasında birbaşa danışıqlara keçmək istəməsi də elə bunun nəticəsidir. ABŞ artıq bunu Gürcüstanda çox böyük və nüfuzlu şəxsin dili ilə açıq şəkildə ifadə etdi. Bu o deməkdir ki, Rusiya-Amerika münasibətləri artıq gərginliyin ən pik nöqtəsinə gəlib çatır, digər tərəfdən Amerika Birləşmiş Ştatları Cənubi Qafqaz ölkələrində Rusiya ilə münasibətləri zəif olan ölkələrə daha yüksək qiymət verəcək.

Düşünmürəm ki, Pentaqonun bu açıqlaması 10 noyabr bəyanatında nəzərdə tutulan kommunikasiyaların açılmasına mane olacaq. Kommunikasiyaların açılması təkcə Rusiya üçün deyil axı, nəqliyyat dəhlizlərinin açılması eyni zamanda Cənubi Qafqaz ölkələrinin bir-biri ilə münasibətlərinin də inkişaf etdirilməsinə xidmət edəcək. Buna görə kommunikasiyaların açılması üç dövlət (Azərbaycan-Gürcüstan-Ermənistan) arasında münasibətlərin yaxınlaşmasına, inkişaf etdirilməsinə səbəb olacaq. ABŞ da bu 3 ölkə arasında münasibətlərin güclənməsində daha çox maraqlıdır. Ona görə də mən düşünmürəm ki, Pentaqon rəhbəri tərəfindən bu cür bəyanatlar kommunikasiyaların açılmasına mane ola bilər. İndiki məqamda düşünürəm ki, RUisya kommunikasiyaların açılmasına mane ola bilər.

ABŞ da, Avropa ölkələri də Ermənistanın Rusiyanın maraq dairəsindən, nəzarətindən çıxmasının tərəfdarıdır. Təsadüfü deyil ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ermənistanda olarkən İrəvana güclü maliyyə dəstəyi verməkdə də məqsədi məhz Rusiyadan qırılmağa yardım etmək idi. ABŞ təkcə Gürcüstan deyil, o cümlədən Ermənistan və Azərbaycana da Rusiyanın təsirindən uzaq olmaq üçün müəyyən maliyyə yardımı edə bilər.

Regionun digər dövləti olan İran isə “altılıq platforması” çərçivəsində “3+3″ə qoşulmaq istəmədiyini, regionda təkbaşına oyun aparmaq istəyində olduğunu göstərir. İran öz maraqlarını heç bir ölkəyə qurban vermək istəmir. Ona görə ki, İranın marağı beynəlxalq səviyyədə heç bir ölkənin marağı ilə üst-üstə düşmür. İranın marağı nə Rusiya ilə, nə Ermənistanla, nə Türkiyə ilə, nə Avropa ilə üst-üstə düşür, nə də Amerika ilə. Azərbaycanla isə ümumiyyətlə heç üst-üstə düşmür. İran mövqeyindən irəli gələrək bu dəqiqə təklənmiş vəziyyətdədir. Tehran heç bilmir ki, hansı siyasəti yeritsin ki, öz ölkəsinin maraqlarına xidmət etsin. İran bu dəqiqə elə bil ki, dənizdə kompasını itimiş gəmiyə bənzəyir”.