Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müaivini Allahverdi Xudaverdiyev vəzifəsindən istefa verib.
7times.az xəbər verir ki, o, öz ərizəsi ilə tutduğu postu tərk edib. Məlumatı Quba Rayon İcra Hakimiyyətindən təsdiq ediblər.
Qeyd edək ki, Allahverdi Xudaverdiyev 2019-cu ilin fevral ayında bu vəzifəyə təyin edilmişdi. O, bundan əvvəl icra başçısının iqtisadi məsələlər üzrə müavini vəzifəsində çalışıb.
7times.az
Cəlal Fərzəliyev
Follow @7timesaz