Heydər Əliyev Beynəlxalq Hava Limanında intihara cəhd olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hava limanı ərazisində Biləsuvar rayon sakini, 1983-cü il təvəllüdlü C.Quliyev qol damarlarını kəsib.
Kəsici alətlə özünə xəsarətlər yetirən şəxs xəstəxanaya aparılıb.
Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Follow @7timesaz