Azərbaycan və Türkiyə Silahlı Qüvvələri bu il 10-dan çox birgə təlim keçirəcək.
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov səsləndirib.
Onun sözlərinə görə, bir sıra layihələr uğurla həyata keçirilib və hazırda birgə müəssisələrin yaradılması istiqamətində işlər aparılır:
“Təlimlər həm Türkiyədə, həm də Azərbaycanda baş tutacaq”.