Azərbaycanın Türkiyədəki zəlzələ bölgəsinə göndərdiyi yardımların həcmi açıqlanıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bu gün keçirdiyi mətbuat konfransında bildirb.
Onun sözlərinə görə, bu günədək Azərbaycandan zəlzəzələ bölgəsinə TIR-larla, təyyarələrlə 5 624 çadır göndərilib:
“Böyük çadırlar 30 nəfərlikdir. 25 minə yaxın adyal, eyni zamanda, 401 ton tibbi ləvazimat, 1200-dən çox generator göndərilib. Bəziləri böyük olduğu üçün təyyarə ilə yolanıldı”.
O qeyd edib ki, zəlzələ bölgəsinə 6240 ədəd qızıdırıcı, 737 ton qida məhsulları göndərilib:
“Bu gün hər bir corab, papaq da önəmlidir. Bu dəstəyi edən azərbaycanlı qardaşlarımıza təşəkkür edirəm”.