Cəmiyyət

Bakıda azyaşlıların dini yürüşünü təşkil edən şəxs saxlanıldı

Bakıda azyaşlıların dini yürüşünü təşkil edən şəxs saxlanıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Bakıda azyaşlıların dini yürüşünü təşkil edən şəxs saxlanıldı

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, bütün dini mərasimlər yalnız məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir.

7Times.az xəbər verir ki, qanunvericiliyin tələblərinə zidd olaraq, iyulun 28-də Sabunçu rayonu Savalan qəsəbəsində məhəllələrin birində 11 azyaşlının yürüşünü təşkil edib sosial şəbəkədə paylaşan şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

Həmin hərəkətləri edən 1991-ci il təvəllüdlü Mirzəyev Elgün Əfsər oğlu həbs edilib.