Gündəm

Bilyardda uduzmağına gülən 7 nəfəri güllələdi

Bilyardda uduzmağına gülən 7 nəfəri güllələdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyada iki silahlı şəxs bilyardda uduzduqları üçün onlara gülən 7 nəfəri öldürüb.

“New York Post” yazır ki, Braziliyanın Mato Qrosso əyalətində baş verən hadisə zamanı öldürülənlər arasında 12 yaşlı qız da var.

Hücum edənlərdən birinin həmin gün müxtəlif vaxtlarda bilyard zalında rəqiblərinə meydan oxuduğu məlum olub. O, təxminən 4000 Braziliya realı (təxminən 1325 manat) itirib. Günortadan sonra isə o, daha bir raund oynamaq üçün digər şübhəlini də özü ilə zala gətirib. İkinci raundda da məğlub olduqdan sonra oyunu izləyənlər onlara gülməyə başlayıblar. Buna qəzəblənən həmin iki şəxs matça baxan 7 nəfəri atəşə tutub.

Polis hücumu törədən 30 yaşlı Edqar Rikardo de Oliveyra ilə 27 yaşlı Ezequias Souza Ribeironun hadisə yerindən qaçdığını və hələ də axtarışda olduqlarını açıqlayıb.