Cəmiyyət

Bir ailənin üç üzvü qarpızdan zəhərləndi

Bir ailənin üç üzvü qarpızdan zəhərləndibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tovuzda zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Dondar Quşçu kəndində baş verib.

1990-ci il təvəllüdlü Xəyal Məhərrəmov, 1994-cü il təvəllüdlü Vüsal Məhərrəmov və 2014-cü il təvəllüdlü Gülay Bayramova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Xəstələrə tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, onlar qarpız yedikdən sonra zəhərləniblər.