Sosial

Əli Mirəliyev Sevgililər gününü qeyd edən gənclərə: “Çox ayıb olsun onlara..”

Əli Mirəliyev Sevgililər gününü qeyd edən gənclərə: “Çox ayıb olsun onlara..”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə baş verən dağıdıcı zəlzələlərin və artmaqda olan ölü sayının ardından bir çox insan sosial mediada gəncləri sevgililər gününü qeyd etməməyə çağırıb. Bu çağırışa əməl edən insanlar olsa da, ölkəmizdə bu günü qeyd edən gənclərin sayı çoxdur.

Bununla bağlı 7Times.az-a danışan tanınmış müğənni Əli Mirəliyev bildirib ki, bu günü qeyd etmək düzgün deyil:

“Bizim cavanlarımız bəzən yaddan çıxarırlar ki, onlar azərbaycanlıdırlar və türk övladlarıdırlar. Mənim türk balalarım zəlzələdə qırılır, neçə min insan.. Utanmırlar? Bu rusun bayramıdır. Mən rusam ya türkəm? Çox ayıb olsun onlara.. Çox ayıb olsun!”

Müğənni gənclərin bir-birlərinə aldığı bahalı hədiyyələrlə bağlı bildirib ki, bunu ancaq məmur övladları ala bilər:

“Camaat nə ala bilər ki, gənc uşağın pulun hardadı? Deməli atası məmurdu ki, alır. Adi insanlar necə ala bilər ki maşını? Ancaq məmurlardı. Onların da sayı deyək 1000 nəfər, 1500 nəfərdir. 9-10 milyon əhali necə ala bilər?”

7Times.az

Nəzrin