Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanları, idarə, təşkilat və müəssisə rəhbərlərinin iştirakı ilə Pirquluoba kəndində növbəti səyyar qəbulunu keçirib.
Qəbulda Pirquluoba İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Pirquluoba, Qoçaqlı, Hacıməmmədoba və Yeni Sudur kəndlərinin sakinləri iştirak edib.
Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin həlli istiqamətində görülən işlərə təşəkkürlərini bildiriblər. Həmçinin, elektrik təsərrüfatının yenilənməsi, yolların təmiri, su təchizatının yaxşılaşdırılması və suvarma kanallarının təmizlənməsi ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.




