Aktual

Erməni diversantlar ölkələrinə vasitəçisiz qaytarılıb – İLK DƏFƏ

Erməni diversantlar ölkələrinə vasitəçisiz qaytarılıb – İLK DƏFƏbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan 5 erməni hərbçini Ermənistana təhvil verilib.

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel tvitter hesabında Azərbaycan tərəfinin 5 erməni hərbçini qarşı tərəfə təhvil verməsini təqdir edib. O qeyd edib ki, Azərbaycan və Ermənistan ilk dəfə olaraq təhvil prosesini ikitərəfli qaydada həyata keçiriblər.

Bizim.Media-nın etibarlı mənbədən əldə etdiyi məlumata görə, bu dəfə saxlanılan erməni hərbçilər vasitəçi olmadan, birbaşa Ermənistan tərəfinə təhvil verilib.

Məlumat üçün bildirək ki, bundan əvvəl əsirlərin qaytarılması hər zaman 3-cü tərəflərin iştirakı ilə baş tutub.

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan 5 erməni hərbçini GERİ QAYTARDI – SİYAHI

Belə ki, ötən ilin iyununda Gürcüstanın vasitəçiliyi ilə Ermənistan Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib.

Bunun müqabilində saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.  

Digər vaxtlarda isə erməni diversantların qaytarılmasında Rusiya vasitəçi qismində çıxış edib.